Ayxan Abbasovun millimizdə debüt matçı UĞURLU OLDU

Hazırda oxunan: Ayxan Abbasovun millimizdə debüt matçı UĞURLU OLDU

240604

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.

"Cornelia” Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.

Qeyd edək ki, U-21 yığmamız bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanmışdı. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu

22 mart

21:00. Azərbaycan (U-21) - Moldova (U-21) - 2:0

Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin