"Barselona" Kubarsinin zədəsi ilə bağlı açıqlama YAYDI

Hazırda oxunan: "Barselona" Kubarsinin zədəsi ilə bağlı açıqlama YAYDI

240583

"Barselona" İspaniya millisinin heyətində sıradan çıxan futbolçusu Pau Kubarsinin zədəsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir:

"Bu gün səhər keçirilən tibbi müayinədə bəlli oldu ki, əsas komandanın oyunçusu Pau Kubarsidə sağ ayaq biləyinin ön bağının dartınması zədəsi var. O, konservativ müalicə alacaq, durumu isə 48 saatdan sonra yenidən qiymətləndiriləcək".

Qeyd edək ki, Pau Kubarsi martın 20-də keçirilən Niderland - İspaniya matçında (2:2) zədələnib və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra 18 yaşlı müdafiəçi millinin düşərgəsini tərk edib və Kataloniya klubuna qayıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin