İtaliyalı məşqçi Roberto Mançini "Yuventus"u çalışdıra bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin klubunun hazırkı baş məşqçisi Tiaqo Motta İtaliya A Seriyasının 30-cu turunda "Cenoa" ilə oyundan sonra istefaya gönərilə bilər. Onun yerinə isə Mançini klubka 4 aylıq müqavilə imzalamağa hazırdır. Əgər təcrübəli mütəxəssis "qoca sinyora"nı Çempionlar Liqasına çıxara bilsə, onunla müqavilə uzadılacaq. Mançini həminin klublararası dünya çempionatında da komandanı çalışdıracaq.
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 52 xalla 5-ci yerdədir və ÇL-ə vəsiqə qazanmaq üçün yüksəlməli olduqları 4-cü yerdən 1 xal geridədirlər.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:00 / 22.03.2025
"Yuventus"la 4 aylıq müqavilə imzalamağa HAZIRDIR
Hazırda oxunan: "Yuventus"la 4 aylıq müqavilə imzalamağa HAZIRDIR
Hazırda oxunan: "Yuventus"la 4 aylıq müqavilə imzalamağa HAZIRDIR
240569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.