Azərbaycanın U-17 millisindən Avropa çempionatına ERKƏN VİDA

Hazırda oxunan: Azərbaycanın U-17 millisindən Avropa çempionatına ERKƏN VİDA

240566

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yadullayevin baş məşqçisi olduğu millimiz 2-ci matçında Uelslə qarşılaşıb.

Görüş Albaniyanın Elbasan şəhərində keçirilib. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız seçmə mərhələdəki ikinci matçda da xal itirib.

Oyun 0:0 hesabı ilə yekublaşıb. 37-ci dəqiqədə “Mançester Yunayted”in gənclər komandasının üzvü Louie Bradbury penaltini dəqiq yerinə yetirə bilməyib.

Bununla da U-17 millimiz qrupda iştirakını başa vurub və yarışla erkən vidalaşıb. Komanda 1 xalla sonuncu yerdə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.

Qeyd edək ki, hazırda Azərnaycan millisinin yer aldığı qrupda 1-ci yeri 1 oyundan 3 xalla Albaniya tutur. Uels 1 oyundan 1 xalla 2-cidir. Son matçda bu iki komandalar üz-üzə gələcək.

Bundan sonra qrupun qalibi müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin