Azərbaycan millisi bu gün Haiti yığmasını sınağa çəkəcək

Hazırda oxunan: Azərbaycan millisi bu gün Haiti yığmasını sınağa çəkəcək

240490

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq. 

Bizim.Media xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir. 

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. 

Matç saat 21:45-də start götürəcək. 

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək. 

22 mart 

21:45 Azərbaycan – Haiti 

Baş hakim: Kadir Sağlam 

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta 

Dördüncü hakim: Fərid Hacıyev 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin