"Atletiko" UEFA-ya "Real"dan ŞİKAYƏT ETDİ

Hazırda oxunan: "Atletiko" UEFA-ya "Real"dan ŞİKAYƏT ETDİ

240466

"Atletiko" "Real"ın futbolçularının davranışları ilə bağlı UEFA-ya şikayət göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Madrid komandası şikayətə "kral klubu"nun futbolçularının qeyri-adekvat davranışı ilə bağlı 4 video əlavə edib. Həmin materiallarda Antonio Rüdigerin və Vinisius Juniyorun "Atletiko" azarkeşlərinə qıcıqlandırıcı jestlər göstərirlər. Həmçinin "Real"ın daha iki futbolçusu - Kilian Mbappe və Daniel Sebalyosun rəqibin azarkeşlərinə qeyri-etik hərəkətlər etdiyi videolar da göndərilib.

Xatırladaq ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin