"Barselona"nın futbol federasiyası ilə fikir ayrılığı var

Hazırda oxunan: "Barselona"nın futbol federasiyası ilə fikir ayrılığı var

240441

"Barselona"nın İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə fikir ayrılığı yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Qurum Kataloniya klubunun müdafiəçisi Pau Kubarsini UEFA Millətlər Liqasının 1/4 finalının cavab oyunlarında Niderlanda qarşı oynatmaq fikrindədir. Lakin 18 yaşlı futbolçu mərhələnin ilk görüşündə zədələndiyi üçün "Barselona" onun kluba qayıtmasını tələb edir. RFEF isə onun zədəsinin o qədər də ciddi olmadığını hesab edir.

Bildirilir ki, son qərar oyun günü - matın 23-də veriləcək.

Qeyd edək ki, dünən keçirilən Niderland - İspaniya matçında (2:2) Pau Kubarsi ayaq bağlarının dartınması zədəsini alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin