Dünya çempionatı-2026 seçmə mərhələsinin Cənubi Amerika zonasında mübarizə davam edir.
Bizim.Media xəbər verir ki, 13-cü tur üç qarşılaşma ilə start götürüb.
Paraqvay autsayder Çiliyə 1:0, Peru isə Boliviyaya 3:1 hesabları ilə qalib gəliblər. Braziliya isə çətinliklə Kolumbiyanı məğlub edib - 2:1. Meydan sahibləri Rafinyanın 6-cı dəqiqədə penaltidən dəqiq zərbəsi sayəsində hesabı açsalar da, qələbə qolunu yalnız 90+9-cu dəqiqədə vurublar: Vinisius Junior bu seçmə turnirdə ilk dəfə fərqlənib.
Bu gecə turun qalan iki oyunu olacaq: Ekvador Venesuelanı, Uruqvay isə heyətində Lionel Messinin olmayacağı Argentinanı qəbul edəcək.
DÇ-2026 seçmə mərhələsi
Cənubi Amerika, 13-cü tur
21 mart
03:00. Paraqvay – Çili 1:0
Qol: Alderete, 60.
04:45. Braziliya – Kolumbiya 2:1
Qollar: Rafinya, 6 (pen.). Vinisius Junior, 90+9 - Diaz, 41.
Bizim.Media