"Qalatasaray"da icarə əsasında çıxış edən "Milan"ın futbolçusu Alvaro Morata karyerasında verdiyi qərarlar haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, "El Larguero" nəşrinə açıqlamasında "Atletiko"nu tərk etməsindən danışıb:
"Keçmişə gedə bilsəydim, "Atletiko"nu tərk etməzdim. Yayda hər şeyi daha çox düşünməli idim, amma indi bunu dəyişmək olmur. Bu məsələ Avro-2024 turniri boyunca məni narahat edirdi. Mən lazımlı və sevimli olmaq istəyirdim və Simeone, həqiqətən də, məni istəyirdi. Atam və agentim deyirdilər ki, mən səhv edirəm".
Qeyd edək ki, Alvaro Morata ötən ilin yayında "Atletiko"dan "Milan"a transfer olmuşdu.
O, bu ilin qış transfer pəncərəsində icarə əsasında "Qalatasaray"a keçib. 32 yaşlı ispaniyalı hücumçu 31 matça çıxaraq 9 qol vurub və 3 qolun ötürməsini edib.
Bizim.Media