“Mançester Yunayted” və “Mançester Siti” bəzi xaricdə doğulmuş akademiya oyunçularının yaşları barədə yanlış məlumat verməklə saxtakarlıqda şübhəli bilinirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Ən azı üç futbolçu şübhə altındadır. Xüsusilə, "Mançester Yunayted"dən iki qardaş Bassiru Nkoto və Duka Nkotonun adları çəkilib. Onlar 2022-ci ildə İngiltərə klubunun U-14 komandasına keçiblər.
Qeyd edək ki, hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 37 xalla 13-cü yerdədir. "Mançester Siti" isə 48 xalla 5-ci yerdə qərarlaşıb.
Bizim.Media