Millimiz Avropa çempionatına məğlubiyyətlə BAŞLADI

Hazırda oxunan: Millimiz Avropa çempionatına məğlubiyyətlə BAŞLADI

240183

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin baş məşqçisi olduğu millimiz Albaniya yığması ilə üz-üzə gəlib. 

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

19 mart

18:00. Azərbaycan (U-17) – Albaniya (U-17) - 1:4

Qollar: Rzayev, 47 - Gjoka, 7, 53, 64, Kulla, 76

Baş hakim: Jérémy Muller (Lüksemburq)

Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)

Dördüncü hakim: Michele Beltrano (San Marino)
Elbasan Arena.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin