“Ordu” qalib gəldi, “Naxçıvan” uduzdu - FOTO

Hazırda oxunan: “Ordu” qalib gəldi, “Naxçıvan” uduzdu - FOTO

240042

Azərbaycan Basketbol Liqasında XIX tur davam edir. 

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə hər qrupda bir matç keçirilir. 

B qrupunun qarşılaşmasında “Ordu” ilə “Lənkəran” üz-üzə gələcək. Autsayderlə görüşdə meydan sahibləri çətinlik çəkməyiblər. "Lənkaran" yalnız birinci dövrədə üstünlük qazana bilib.

Sonrada daha yaxşı oynayan "Ordu" 87:65 hesabı qalib gəlib. 

A qrupunun oyununda “Naxçıvan” “Abşeron”u sınağa çəkib. İlk dövrədə 11 xal üstün olan qonaq komanda sonadək üstünlüyünü qoruyub. “Abşeron” 60:58 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

XIX tur

18 mart

B qrupu

16:00. “Ordu” – “Lənkəran” - 87:65 (14:16, 26:22, 23:13, 24:14)

“Sərhədçi” İdman Mərkəzi

yer  komanda  O  Q  M  X

1  Gəncə  18  14  4  32

2  Şəki  18  14  4  32

3  Ordu  19  12  7  31

4  Sumqayıt  19  8  11  27

5  Quba  19  5  14  24

6  Lənkəran  19  3  16  22

A qrupu

19:00. “Naxçıvan” – “Abşeron” - 58:60 (5:16, 17:13, 18:15, 18:16)

“Sərhədçi” İdman Mərkəzi

1  Sabah  18  14  4  32

2  Naxçıvan  19  12  7  31

3  Neftçi  18  9  9  27

4  Abşeron  19  8  11  27

5  Sərhədçi  18  6  12  24

6  NTD  18  6  12  24


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin