“Fənərbağça”da ciddi İTKİ

Hazırda oxunan: “Fənərbağça”da ciddi İTKİ

240020

Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin yarımmüdafiəçisi Fred sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Braziliyalı futbolçu təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
 

Fred 28 mart tarixində Super Liqanın 28-ci turunun "Bodrum"la matçında iştirak edə bilməyəcək. 32 yaşlı orta xətt oyunçusu aprelin 2-si Türkiyə Kubokunun 1/4 final mərhələsinin "Qalatasaray"la oyununa hazır olacaq.


Qeyd edək ki, Fred bu mövsüm "Fənərbağça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin