Gimnastlarımız Dünya Kubokundfa İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Gimnastlarımız Dünya Kubokundfa İŞTİRAK EDƏCƏK

239824

Azərbaycanın batut yığması Dünya kubokunun ikinci mərhələsinə hazırlaşır.

Bizim.Media xəbər verir ki, yarış aprelin 4-dən 6-dək İtaliyanın Riççone şəhərində baş tutacaq.
 

Dünya kubokunda 22 ölkənin gimnastları çıxış edəcəklər.


Millimizin heyətində Selcan Mahsudova və Əli Niftəliyev yer alacaq.

Qeyd edək ki, Bakıda keçirilən Dünya kubokunda onlar batut gimnastikasının yeni növü - qarışıq cütlüklər arasında sinxron yarışda bürünc medal qazanıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin