“Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu - VİDEO

Hazırda oxunan: “Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu - VİDEO

239659

İngiltərə Liqa Kubokunun finalında "Nyukasl" futbol klubu "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, görüş Londonun “Uembli” stadionunda baş tutub.

Qalib komandanın heyətində qolları Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurublar.

"Liverpul"dan Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.

"Nyukasl" tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazandı. Komanda əvvəllər iki dəfə - 1976 və 2023-cü illərdə turnirin finalında çıxış edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin