Levandovski: "Hələ son sözümü deməmişəm"

Hazırda oxunan: Levandovski: "Hələ son sözümü deməmişəm"

239498

"Barselona"nın və Polşa millisinin futbolçusu Robert Levandovski fiziki durumundan danışıb.

Bizim.Media xəbər verir ki, o, İspaniyanın "Movistar Futbol" telekanalında deyib:

"Hər gün səbirsizliklə oynamaq imkanını gözləyirəm. Ətrafımda bu qədər gənc oyunçular olanda mən də özümü daha gənc hiss edirəm. Meydandan kənar çox şey edirəm ki, fiziki durumum yaxşı olsun.

Fiziki bərpa və bir çox digər şeylər mənə yüksək səviyyədə oynamağa imkan verirlər. Mənim fiziki durumum yaxşıdır və ən yüksək səviyyədə oynaya bilirəm. İndiki durumum və 3 il əvvəlki durumum arasına fərq görmürəm. Öz yaşımdan utanmıram və hələ də son sözümü deməmişəm".

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində 39 matça çıxaraq 34 qol vurub və 3 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin