“Qarabağ” portuqaliyalı hücumçu ilə maraqlanır

Hazırda oxunan: “Qarabağ” portuqaliyalı hücumçu ilə maraqlanır

239465

Qarabağ” yeni hücumçu axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun qısa siyahısına daxil edilən hücumçulardan biri də Portuqaliyanın "Eştrela" klubunda çıxış edən Kikasdır.

26 yaşlı forvard həm hücumun mərkəzində, həm də cinahlarda oynaya bilir. Bu mövsüm o, ölkə çempionatında 23 oyun keçirib, 5 qol vurub.

Kikasın klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Portuqaliyalı futbolçu əvvəllər ölkəsində "Belenenses", "Mafra" və "Leiria"da, həmçinin Kiprin "Doxa" klubunda çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin