Azərbaycanlı hakim Avropa çempionatına TƏYİNAT ALDI

Hazırda oxunan: Azərbaycanlı hakim Avropa çempionatına TƏYİNAT ALDI

239377

FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.

Bizim.Media xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Kamal Umudlu 3 qarşılaşmada ədaləti qoruyacaq. Təmsilçimiz martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin