“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, ABŞ təmsilçisi Yamaykanın “Kavalyer” klubu ilə qarşılaşıb.
Matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 2:0. Komandanın qollarını Luis Suares (37) və Lionel Messi (90+2) vurub. Mayami klubu ilk oyunda da eyni hesabla qalib gəlmişdi.
“İnter Mayami” 1/4 finalda ABŞ-nin digər təmsilçisi “Los Anceles”lə qarşılaşacaq.
Bizim.Media