“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

239229

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi müdafiəçi İniqo Martinesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

İspaniya millisinin üzvü 2025/2026 mövsümünün sonuna kimi komandada qalacaq.


Qeyd edək ki, İniqo Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun əvvəlki müqaviləsi mövsümün sonunda başa çatırdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin