“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Hazırda oxunan: “Liverpul” Salahın əvəzləyicisini TAPDI

239226

PSJ-nin futbolçusu Usman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkən fransalı vinger "Liverpul"un transfer siyahısına düşüb. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa klubu Dembeleni mövsümün sonunda müqaviləsi başa çatan Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür. "Liverpul" 27 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Usman Dembele 2023-cü ilin avqust ayından PSJ-də çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin