“Qarabağ” və “Araz-Naxçıvan” qalmaqallı matça görə CƏZALANDIRILDI

Hazırda oxunan: “Qarabağ” və “Araz-Naxçıvan” qalmaqallı matça görə CƏZALANDIRILDI

239121

AFFA Misli Premyer Liqasının qalmaqallı “Araz-Naxçıvan” – “Qarabağ” oyununda yaşananlara hüquqi qiymət verib.

Bizim.Media xəbər verir ki, XXVI turun dava baş verən matçı ilə bağlı sərt cəzalar tətbiq edib.

Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiklərinə görə hərəsi 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu hər futbolçu üçün 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin