Millimizin heyəti AÇIQLANDI

Hazırda oxunan: Millimizin heyəti AÇIQLANDI

239103

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın heyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında milliyə çağırdığı futbolçuların adları qeyd olunan siyahını özü oxuyub.

Santuş Emin Mahmudov ("Neftçi") və Abbas Hüseynovu ("Qarabağ") zədəli olduqları üçün yığmaya dəvət etmədiyini bildirib. O, martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Mert Çelik ("Səbail"), Bəhlul Mustafazadə, Bədavi Hüsyenov, Elvin Cəfərquliyev (Hamısı "Qaravbağ"), Rahil Məmmədov ("Radomiak, Polşa), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Rəhman Daşdəmirov ("Sabah")

Yarımmüdafiəçilər: Aleksey İsayev, Toral Bayramov (Hər ikisi "Qarabağ"), Coşqun Diniyev ("Çorum", Türkiyə), Elvin Camalov ("Neftçi"). Şahin Şahniyarov ("Qəbələ"), İsmayıl İbrahimli ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Ozan Can Kökçü (HJK, Finlandiya)

Hücumçular: Nəriman Axundzadə ("Qarabağ"), Xəyal Əliyev ("Sabah"), Renat Dadaşov ("Radomiak", Polşa). Ağadadaş Salyanski ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Musa Qurbanlı ("Qarabağ")

Xatırladaq ki, Azərbaycan milli komandası martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena"da Belarusla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin