Azərbaycan Kuboku: NTD və “Naxçıvan” yarımfinalda

Hazırda oxunan: Azərbaycan Kuboku: NTD və “Naxçıvan” yarımfinalda

238859

Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
 

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçirilib. Günün ilk matçında “Şəki” və NTD qarşılaşıb. Görüş Tahir Baxşıyevin komandasının qələbəsi ilə yekunlaşıb.


Digər görüşdə “Naxçıvan”la “Abşeron” üz-üzə gəlib. Murat Dikmenin komandası çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan kuboku

1/4 final

11 mart

16:00. “Şəki” – NTD - 66:71 (16:20, 15:16, 22:23, 13:12)

Bakı İdman Sarayı

19:00. “Naxçıvan” – “Abşeron” - 102:60 (28:9, 18:19, 24:13, 32:19)

Bakı İdman Sarayı

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin