Zelinski 2 ay OYNAMAYACAQ

Hazırda oxunan: Zelinski 2 ay OYNAMAYACAQ

238836

Polşa millisinin və “İnter”in futbolçusu Pyotr Zelinski uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bizim.Media "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi baldır əzələsindən xəsarət alıb.

O, “Montsa”ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının 28-ci turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Zelinski bu mövsüm “İnter”də 33 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin