“Fənərbağça” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Fənərbağça” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

238648

"Fənərbağça" PSJ-dən icarəyə götürdüyü Milan Şkrinyarla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, slovakiyalı müdafiəçinin performansı məşqçilər korpusunu məmnun edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Fənərbağça" Şkrinyarın transfer hüququna yiyələnmək istəyir. İstanbul nəhəngi bunun üçün Fransa klubuna müqavilədə yer alan 13 milyon avronu ödəməyə hazırdır. 30 yaşlı mərkəz müdafiəçisi özü də Türkiyədə qalmağa isti yanaşır.

Qeyd edək ki, "Fənərbağça" Milan Şkrinyarı yanvar ayında icarəyə götürüb. Slovakiya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin