"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviçin səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib. Onun ürəyində problem olduğu aşkarlanıb. 30 yaşlı serbiyalı sürətli ürək döyüntüsünə görə müalicə alacaq.
Ona tam istirahət etmək və gərginlikdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, Mitroviç 2023-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, cari mövsüm komandası üçün bütün turnirlərdə 25 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizim.Media