Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD – “Belə davam edə bilməz, məşqçi dəyişməlidir”

Hazırda oxunan: Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD – “Belə davam edə bilməz, məşqçi dəyişməlidir”

238558

Vaxtilə Azərbaycanın tanınmış boksçularından hesab olunan Əli İsmayılov Azərbaycan boksunun hazırkı vəziyyətinin çox pis olduğunu açıqlayıb. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən İsmayılov milli komandada köklü islahatların aparılmasını vacib sayır: 

“Boksumuzun hazırkı vəziyyəti yaxşı deyil. Son Olimpiya Oyunları bunu bir daha sübut etdi. Parisə yollanan 6-7 nəfərdən yalnız kubalı legioner medal qazana bildi.
 

Ona görə də milli komandada köklü islahatlar aparılmalıdır. Məşqçi dəyişilməli, məşq prosesi fərqli tərzdə keçirilməlidir. Belə davam edə bilməz. Getdikcə boksumuz daha da bərbad günə düşəcək. Son dünya çempionatları və olimpiya oyunlarındakı nəticələrimiz yaxşı deyil. Federasiya rəhbərliyi bunu nəzərə alıb, islahatlar aparmalıdır”.


Qeyd edək ki, ötən ilin dekabrından etibarən boks millimizə Ravşan Xocayev baş məşqçilik edir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin