Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulur.
Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma B qrupunda keçirilir. Günün ilk oyununda "Gəncə" evdə autsayder "Lənkəran"a qalib gəlib - 90:76. Bu qələbə sayəsində meydan sahibləri yenidən liderliyə yüksəliblər.
Tur saat 19:00-da başlayacaq "Sumqayıt" - "Ordu" matçı ilə yekunlaşacaq. Sumqayıtlılar 22 xalla qrupda dördüncü, "hərbçilər" isə 27 xalla üçüncüdürlər.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
XVII tur, 9 mart
B qrupu
14:00 "Gəncə" - "Lənkəran" 90:76
Gəncə İdman sarayı
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:50 / 09.03.2025
“Gəncə” yenidən lider oldu - FOTO
Hazırda oxunan: “Gəncə” yenidən lider oldu - FOTO
Hazırda oxunan: “Gəncə” yenidən lider oldu - FOTO
238455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.