Azərbaycan yığmasının üzvlərinin çıxış etdiyi "Radomyak" Polşa çempionatında qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi komanda 24-cü turda "Krakoviya"nın qonağı olub.
Görüş təmsilçilərimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunun müəllifi Renat Dadaşov olub. Oyuna sonradan daxil olan hücumçumuz 90+1-ci dəqiqədə fərqlənib. Dadaşov ötən turda son dəqiqələrdə komandasını məğlubiyyətdən xilas etmişdi. Bu görüşdə Rahil Məmmədov ehtiyatda qalıb.
Qeyd edək ki, bu qələbədən sonra "Radomyak" 28 xalla 12-ci pilləyə yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:08 / 09.03.2025
Renat Dadaşov komandasına qələbə qazandırdı - VİDEO
Hazırda oxunan: Renat Dadaşov komandasına qələbə qazandırdı - VİDEO
Hazırda oxunan: Renat Dadaşov komandasına qələbə qazandırdı - VİDEO
238428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.