Rıza Kayaalpa 4 illik CƏZA

Hazırda oxunan: Rıza Kayaalpa 4 illik CƏZA

238107

Məşhur türkiyəli güləşçi, həm dünya, həm Avropa çempionu Rıza Kayaalp 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.

Buna qanında tapılan qadağan olunmuş maddə səbəb olub. İdmançı bədənə əlavə güc verən preparatlar qəbul edib.

Kayaalp cəzası ilə bağlı açıqlamasında bunları söyləyib:
 

“Karyeramı bitirmişəm. Amma görünən odur ki, mənimlə mübarizə aparmaq istəyənlər var. Mənim istifadə etdiyim dərman ağrılarımı azaltmaq üçün olub. Müalicə aldığım vaxt onları qəbul etmişəm. Dünya Güləş Birliyi uğurlu karyerama ləkə vurmaq istəyir. Amma bununla hüquqi mübarizə aparacam”. 


Qeyd edək ki, Rıza Kayaalp 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olub. O, üç dəfə isə Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşüb (1 dəfə gümüş, 2 dəfə bürünc medal).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin