Fransa klubunun baş məşqçisinə AĞIR CƏZA

Hazırda oxunan: Fransa klubunun baş məşqçisinə AĞIR CƏZA

237933

Portuqaliyalı Paulo Fonseka Fransa Peşəkar Liqası tərəfindən 9 ay müddətinə diskvalifikasiya olunub, halbuki cəzanın 7 ay olacağı gözlənilirdi.

Bizim.Media xəbər verir ki, “Lion”un baş məşqçisi Fransa çempionatı çərçivəsində “Brest”lə oyunun sonunda baş hakim Benua Miyonun üzünə qışqırdığı üçün vəzifəsinin icrasından uzaqlaşdırılıb.

Qərar iki hissədən ibarətdir.

Birinciyə görə Fonseka 2025-ci il sentyabrın 15-dək oyundan əvvəl, oyun zamanı və oyundan sonra ehtiyat oyunçular skamyasında, hakimlərin paltardəyişmə otağında, meydanda, tuneldə və bu ərazilərə gedən dəhlizlərdə olmaq və bütün rəsmi vəzifələrini yerinə yetirmək qadağandır.

İkinci hissəyə əsasən, həmin il noyabrın 30-dək ona oyundan əvvəl, oyun zamanı və oyundan sonra ehtiyat oyunçular skamyasında və hakimlərin paltardəyişmə otağında olmaq, habelə rəsmi vəzifələri yerinə yetirməyə icazə verilməyəcək.

Qeyd edək ki, Fonseka bu il yanvarın 31-də "Lion"un baş məşqçisi təyin olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin