İdmandan modelliyə DOĞRU: Dünyanın ən cazibədar idmançıları - FOTO

Hazırda oxunan: İdmandan modelliyə DOĞRU: Dünyanın ən cazibədar idmançıları - FOTO

237873

Bir çox qadın idmançılar təkcə idman sahəsində deyil, həm də gözəl görünüşləri ilə model kimi də dünyada uğur qazanıbar. 

Bizim.Media müxtəlif gözəllik reytinqlərində tez-tez görünən ulduz idmançıların siyahısını təqdim edir.

Alika Şmit - Yüngül atletika (Almaniya)


26 yaşlı idmançı qısa məsafələrə qaçış üzrə ixtisaslaşıb. 400 metr məsafəyə qaçışda o, dəfələrlə ölkə səviyyəsində ilk üçlüyə düşüb, həmçinin 4x400 m estafetdə gənclər arasında Avropa çempionatının qalibi olub.Şmit xarici görünüşünə görə Almaniyanın ən məşhur idmançılarından biridir. O, 2017-ci ildə dünyanın ən gözəl idmançısı seçildiyi “Busted” bloqu sayəsində populyarlıq qazanıb.

Bundan sonra onun İnstaqram səhifəsində abunəçilərinin sayı qısa müddət ərzində 4 mindən 100 minə yüksəlib və hazırda onun 5 milyon izləyicisi var. Populyarlığının artması iləŞmit “Puma” və “Boss” şirkətlərinin siması olub və markaların reklamlarına çəkilib. O hazırda həm də “Borussia Dortmund” komandasının fitnes məşqçisidir. 2022-ci ildə məşhur “Forbes” jurnalı Şmiti 30 yaşa qədər kateqoriyada ən uğurlu və nüfuzlular sırasına daxil edib.

Ki Alves - Voleybol (Braziliya)


25 yaşlı Ki Alves kiçik yaşlarında böyük voleybolda debüt edib. 20 yaşında o, Cənubi Amerika gəncləri voleybol çempionatının qalibi olub. Tezliklə Ki Braziliya millisində oynamağa başlayıb, lakin model olaraq daha böyük uğur qazanıb.

İdmançının sözlərinə görə, o, voleyboldan 50 dəfə çox modellik karyerasından qazanır. Ki Alves qadın voleybolçular arasında sosial şəbəkə abunəçilərinin sayına görə rekordçudur, belə ki, ulduz idmançının “Instagram”da 15 milyon izləyicisi var. 

Aleks Morqan - Futbol (ABŞ)


35 yaşlı Aleks Morqan uzun illər futbolun seks simvolu olub. IMDB saytında o, 21-ci əsrin ikinci onilliyinin ən yaxşı 10 seks simvolu hesab edilərək, şou-biznes ulduzları ilə bərabər tutulub.

Amerikalı idmançı müxtəlif media və təşkilatlara görə dəfələrlə planetin ən seksual futbolçusu, ilin ən yaxşı oyunçusu və idmançısı kimi tanınıb. Morqanın iki dünya titulu və adına bir Olimpiya birinciliyi var. 

O, həmçinin dörd qız futbolçu haqqında bir sıra kitabların müəllifi olan uşaq yazıçısı kimi də tanınır. Seriyanın ilk kitabı The New York Times-ın uşaq ədəbiyyatı üçün bestsellerlər siyahısında yeddinci yerdə debüt edib. 2015-ci ildə “Time” jurnalı Morqanı ən çox maaş alan Amerikalı futbolçulardan biri adlandırıb. O, braziliyalı Marta və amerikalı Meqan Rapinoe ilə birlikdə dünyanın ən məşhur qadın futbolçusudur.

Eylen Qu - Sərbəst xizək sürmə (ABŞ, Çin)


21 yaşlı Eylin Qu 2022-ci ildə Pekində keçirilən Olimpiadada bütün dünyaya Çin əsilli Amerikalı idmançı kimi tanınıb. O, ABŞ-da doğulub və yaşayır. Onun adı 2019-cu ildə 2022-ci il Oyunlarında Çin yığması üçün yarışmaq qərarına görə mətbuatda tez-tez hallanırdı. Qu etiraf edib ki, Çin milli komandasına keçdiyi üçün hətta təhdidlər də alıb və həmin zamanlarda Asiya görünüşü olan insanlara nifrət yaradan koronavirus pandemiyası vəziyyəti daha da pisləşdirib.


Qu sərbəst xizək yarışları tarixində ən gənc olimpiya çempionu olub və 18 yaşında qızıl medal qazanıb. O həm də tarixdə üç sərbəst hərəkətdə Olimpiya medalları qazanan ilk idmançıdır.

Olimpiadadan sonra Qu-nun populyarlığı yeni səviyyəyə çatıb. Cazibədar idmançı “Met Gala” şoularında, moda həftələrində iştirak edir və həmçinin Kann Film Festivalında premyeralara qatılır.

Yuliya Kanakina - Skeleton (Rusiya)


29 yaşlı Yuliya Kanakinanın adı da Eylen Qu kimi, 2022-ci il Olimpiadasının ən gözəl idmançılarının çoxsaylı reytinqlərinə daxil edilib. Kanakina uşaq ikən baletlə məşğul olub və skeleton onun həyatına sonradan daxil olub. Kanakina 2017-ci ilin gənclər arasında dünya çempionudur. Onun Dünya Kubokunda üç mükafatı var (bir gümüş, iki bürünc). Pekində keçirilən Olimpiya Oyunlarında rus qadın idmançılar arasında ən yaxşısı olmaqla 11-ci yeri tutub. Kanakina 2021-ci ildə “Maxim” jurnalına görə Rusiyanın 100 ən cazibədar qadınından biri seçilib. 

Yuliya Levçenko - Atletika/Uzunluğa tullanma (Ukrayna)


27 yaşlı Yuliya Levçenko 2017-ci il dünya çempionatının gümüş mükafatçısı və 2016-cı il Yay Olimpiya Oyunlarının iştirakçısıdır. Uzunluğa tullanmada ən yaxşı idmançılardan biridir. 2020-ci il Olimpiadasında o, qızıl uğrunda mübarizədə rusiyalı Mariya Lasitskenenin əsas rəqibi sayılırdı. Lakin zədə səbəbindən ilk üçlüyə düşə bilməyib.

Aleks Kleinman - Çimərlik voleybolu (ABŞ)


35 yaşlı Aliks Kleinman çimərlik voleybolu ulduzudur. O, Olimpiya çempionu (2020), Dünya Çempionatının mükafatçısı (2019) və çoxsaylı turnirlərin qalibidir.

Fatimə Diame - Atletika/Uzunluğa tullanma (İspaniya)


28 yaşlı Fatimə Diame 2023-cü ildə qapalı məkanda keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. O, ilk dəfə 17 yaşında İspaniya çempionatında iki növ: 60 metr məsafəyə qaçış və uzunluğa tullanma üzrə qızıl medal qazanaraq debüt edib.

Atlet turnir tarixində eyni vaxtda iki qızıl medal qazanan ilk yeniyetmə olub. O, Levçenko ilə birlikdə Parisdə keçirilən 2024-cü il Olimpiadasının ən gözəl idmançılarından biri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin