Birinci Liqada mübarizə aparan “Difai” klubu hələ ki, təmsil etdiyi Ağsu şəhər stadionundan faydalana bilmir. Bunun da əsas səbəbi arenada təmir işlərinin başa çatmaması ilə bağlıdır. Ancaq klub tezliklə doğma arenadan istifadə etməyi planlaşdırır.
Bunu Bizim.Media-ya açıqlamasında “Difai”nin prezidenti Asəf Məlikov bildirib:
“Əslində Ağsu stadionunda təmir işləri bitib. Yeni süni örtük də döşənib. Sadəcə olaraq bəzi xırda işlər qalıb ki, tamamlanmalıdır. Təmir işlərinin AFFA tərəfindən aparılır. Sonuncu dəfə bizə dedilər ki, stadion martın sonlarına kimi hazır olmalıdır. Biz də istəyirik ki, tezliklə doğma stadionumuzda oynayaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:57 / 05.03.2025
“Difai” tezliklə doğma stadionuna qayıdır – Klub prezidentindən AÇIQLAMA
Hazırda oxunan: “Difai” tezliklə doğma stadionuna qayıdır – Klub prezidentindən AÇIQLAMA
Hazırda oxunan: “Difai” tezliklə doğma stadionuna qayıdır – Klub prezidentindən AÇIQLAMA
237801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.