Miroslav Kloze Mahir Emrelidən narazıdır

Hazırda oxunan: Miroslav Kloze Mahir Emrelidən narazıdır

237725

Almaniya mətbuatında Azərbaycan millisinin "Nürnberq"də çıxış edən üzvü Mahir Emreli haqqında yeni xəbərlər yazılıb.

Bizim.Media "Bild"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisinin baş məşqçisi Miroslav Klozenin Mahirdən narazı qaldığına dair məlumatlar yayılıb.

Bildirilir ki, bazar ertəsi komandanın hazırlığı zamanı 27 yaşlı hücumçunun topsuz məşqləri mütəxəssissi qane etməyib.

Kloze Mahir haqda bunları deyib:
 

"Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emreli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız".


Qeyd edək ki, ötən ilin yayında "Nürnberq"ə keçən Mahir Emreli bu  müddət ərzində 16 matça çıxıb. 4 qol vurub və 1 qolun ötürməsini verib. O, son vaxtlar komandanın əsas heyətinə düşməkdə çətinlik çəkir. Mahir bundan əvvəlki 2 çempionat matçında iştirak ərizəsində yer almayıb. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi. Emreli özü isə bir neçə gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin