"Neftçi" Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"lə matçın hazırlığını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər. "Neftçi"nin futbolçusu Andrey Ştoqrin zədə səbəbindən "Kəpəz"lə görüşü buraxacaq.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Neftçi" oyunu saat 17:00-da başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media