Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında Çempionlar Liqası matçına təyinat alıb.
Bizim.Media Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya" (İtaliya) və “Eczaçıbaşı" (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Şimiç idarə edəcəklər. Qarşılaşmanın “challenge” hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:45 / 04.03.2025
Nərgiz İsmayılova Çempionlar Liqasına TƏYİNAT ALDI
Hazırda oxunan: Nərgiz İsmayılova Çempionlar Liqasına TƏYİNAT ALDI
Hazırda oxunan: Nərgiz İsmayılova Çempionlar Liqasına TƏYİNAT ALDI
237578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.