Bu gün Azərbaycan Basketbol Liqasında IV dövrəyə start verilib.
Bizim.Media xəbər verir ki, XVI turun ilk günündə iki matç keçirilib.
Hər iki görüş A qrupunda baş tutub. Çempionatın liderləri səfər görüşlərinə çıxıblar. “Naxçıvan” “Neftçi” ilə görüşüb. Ötən turda çempionu məğlub edən Naxçıvan təmsilçisi ağır məğlubiyyətə uğrayıb. Murat Dikmenin komandası 44 xal fərqi ilə uduzub.
“Sabah” isə “Sərhədçi” ilə qarşılıb. "Bayquşlar" bu görüşdə çətinliklə üzləşməyiblər. Bütün dövrələri qalib bitirən çempionu yenidən vahid lider olub.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVI tur, 3 mart
A qrupu
19:00. “Neftçi” – “Naxçıvan” - 114:70 (26:15, 29:16, 35:20, 24:19)
Bakı İS
19:00. "Sərhədçi" – "Sabah" - 73:89 (16:19, 21:22, 20:22, 16:26)
Sərhədçi İM
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
01:19 / 04.03.2025
“Naxçıvan” məğlub oldu, “Sabah”dan qələbə - FOTO
Hazırda oxunan: “Naxçıvan” məğlub oldu, “Sabah”dan qələbə - FOTO
Hazırda oxunan: “Naxçıvan” məğlub oldu, “Sabah”dan qələbə - FOTO
237552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.