Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk günün sonuncu oyunu Sumqayıtda baş tutub.
Burada “Sumqayıt” lider “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi səfərdən inamlı qələblə ilə dönüb. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək.
“Kəpəz” – “Neftçi” matçı isə martın 5-də baş tutacaq. İlk oyunda “Səbail” “Şamaxı”ya 0:2 hesabıyla uduzub.
Misli Premyer Liqası
25-ci tur
3 mart
“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 2. Mateus Silva, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:26 / 04.03.2025
“Qarabağ” “Sumqayıt”ı məğlub etdi - VİDEO
Hazırda oxunan: “Qarabağ” “Sumqayıt”ı məğlub etdi - VİDEO
Hazırda oxunan: “Qarabağ” “Sumqayıt”ı məğlub etdi - VİDEO
237547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.