Xavi "Yuventus"un BAŞ MƏŞQÇİSİ ola bilər

Hazırda oxunan: Xavi "Yuventus"un BAŞ MƏŞQÇİSİ ola bilər

237543

"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Yuventus"a rəhbərlik edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Turin klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə Tyaqo Motta ilə yolları ayırmaq istəyir. A seriyası təmsilçisi Xavini Mottanın əvəzedicisi kimi görür.  

Xavi isə "qoca sinyora"nın baş məşqçisi olacağı təqdirdə 21 yaşlı Fermin Lopezi transfer etmək istəyir.

Xatırladaq ki, Xavi 2024-cü ilin mayında "Barselona"dan ayrıldıqdan sonra işsizdir. "Yuventus" hazırda İtaliya A seriyasının turnir cədvəlində 22 oyundan sonra 37 xalla 5-ci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin