Hakimlər Komitəsinin sədrindən “Neftçi” – “Kəpəz” oyunundakı mübahisəli epizoda REAKSİYA

Hazırda oxunan: Hakimlər Komitəsinin sədrindən “Neftçi” – “Kəpəz” oyunundakı mübahisəli epizoda REAKSİYA

237506

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” görüşündəki mübahisəli epizodlara aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun mətbuat xidmətinə açıqlamasında məsələni şərh edib.

O, baş hakim Rəşad Əhmədovun 58-ci dəqiqədəki qərarını dəstəkləyib:

“Neftçi”nin hücumu zamanı komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur. Bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. 
 

Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.


Qeyd edək ki, “Neftçi” azlıqda bitirdiyi görüşdə 1:0 hesablı qələbə qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin