Xorvatiyanın Osiek şəhərində güllə atıcılığı üzrə keçirilən Avropa çempionatında Azərbaycanın güllə atıcısı uğurla çıxış edib.
Bizim.Media xəbər verir ki, yığmamızın üzvü Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 582 xal qazanaraq bürünc medal əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Dünya Kubokuna ev sahibliyi edəcək
Yığmamızın digər üzvü Nigar Bağırova pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 578 xalla 3-cü nəticə göstərərək 8 nəfərin yer aldığı finala vəsiqə qazansa da, finalda zəif çıxış etdiyinə görə mükafatçılar sırasına düşməyib.
Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Bizim.Media