UEFA “Qarabağ”ı cərimələdi

Hazırda oxunan: UEFA “Qarabağ”ı cərimələdi

237258

UEFA-nın İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
 

Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub. Ağdam təmsilçisi “komandanın intizamsız davranışına” görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.


Xatırladaq ki, sözügedən matç “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin