Bu gün Almaniya 2-ci bundesliqasında 24-cü turun oyunları davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Hannover”i qəbul edəcək.
23 oyundan sonra hərəyə 35 xal toplayan bu iki komanda 8-9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, M.Emrelinin bu görüşün sifariş ərizəsinə daxil edilib. O, ehtiyat oyunçular sırasında yer alıb. Emreli bundan əvvəlki 2 çempionat matçında ümumiyyətlə, iştirak ərizəsində yox idi. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi.
Emreli özü isə 2 gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:23 / 01.03.2025
Mahirin adı iki oyun sonra yenidən İŞTİRAK ƏRİZƏSİNDƏ
Hazırda oxunan: Mahirin adı iki oyun sonra yenidən İŞTİRAK ƏRİZƏSİNDƏ
Hazırda oxunan: Mahirin adı iki oyun sonra yenidən İŞTİRAK ƏRİZƏSİNDƏ
237171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.