Serbiyanın "Partizan" klubunun "Qarabağ"ın futbolçusu Patrik Andradeyə ödədiyi təzminat məbləği bəlli olub.
Bizim.Media xəbər verir ki, 2023-cü ilin yayında Azərbaycan təmsilçisinə qayıdan 32 yaşlı yarımmüdafiəçi Belqrad təmsilçisini FIFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə ötən il afrikalı oyunçunun şikayətini qismət təmin etmişdi.
Qərara əsasən, "Partizan" Patrikə 219 min avro ödənilməmiş mükafat verməlidir. Bundan əlavə, Andrade müqaviləsinin vaxtından əvvəl pozulmasına görə 937 min 575 avro almalıdır. Qeyd edək ki, 2022-ci ildə Serbiya klubuna keçən futbolçu üçillik müqavilə bağlamışdı. 2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən kabo verdeli oyunçu 2023-cü ilin yayında ölkə çempionunun heyətinə qayıdıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:51 / 01.03.2025
Serbiya klubu “Qarabağ”ın legionerinə nə qədər təzminat ödəyib?
Hazırda oxunan: Serbiya klubu “Qarabağ”ın legionerinə nə qədər təzminat ödəyib?
Hazırda oxunan: Serbiya klubu “Qarabağ”ın legionerinə nə qədər təzminat ödəyib?
237168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.