Atletikada yeni dünya rekordu qeydə alındı

Hazırda oxunan: Atletikada yeni dünya rekordu qeydə alındı

237159

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Armand Duplantis özünə məxsus dünya rekordunu yeniləyib.

Bizim.Media xəbər verir ki, isveçli atlet Fransanın Klermon-Ferran şəhərində keçirilən "All Star Perche by SCC" turnirində 6,27 m hündürlüyün öhdəsindən gəlib.

Duplantisin əvvəlki rekordu altı ay əvvəl Polşanın Xojuv şəhərində "Brilyant Liqa"da qeydə alınmışdı (6,26 m).

Qeyd edək ki, 25 yaşlı idmançı Paris-2024 Oyunlarında da dünya rekordu (6,25 m) ilə qələbə qazanmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin