Fənərbağça” iki futbolçu ilə bağlı qərar verdi

Hazırda oxunan: Fənərbağça” iki futbolçu ilə bağlı qərar verdi

237155

"Fənərbaxça" icarə əsasında komandada çıxış edən iki futbolçu ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi Filip Kostiç və Milan Şkrinyarın transfer hüququna yiələnmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Fənərbaxça" hər iki oyunçunu birdəfəlik transfer edib onlarla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Bununla bağlı futbolçuların klubları ilə danışıqlar başlayıb.

Qeyd edək ki, "Fənərbaxça" Filip Kostiçi mövsümün əvvəlində "Yuventus"dan icarəyə götürüb. Serbiyalı yarımmüdafiəçi komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yanvar ayında PSJ-dən Super Liqa təmsilçisinə gələn Şkrinyar isə 8 oyunda 2 assist edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin