“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ı məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşı tərəfin irqçilik ittihamına görə bu addımı atıb.
Mourinyo bildirib ki, onun sözləri tamamilə kontekstdən çıxarılıb.
“Fənərbaxça”nın açıqlamasında qeyd olunub ki, Mourinyo “Qalatasaray”dan 1 907 000 lirə (təxminən 50 min avro - red.) təzminat tələb edir. Məbləğ simvolik məna daşıyır. Belə ki, 1907 “Fənərbaxça”nın yaradıldığı ildir.
Xatırladaq ki, "Qalatasaray" Superliqanın 25-ci turunda “Fənərbaxça” ilə keçirilən oyundan sonra futbolçularının ünvanına təhqiredici ifadələr işlədən Joze Mourinyonun cəzalandırılmasını istəyib. Matçdan sonra təşkil edilən mətbuat konfransında Mourinyo rəqib futbolçularını meymuna bənzədib. Bu səbəbdən də "Qalatasaray" portuqaliyalını irqçilikdə ittiham edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
06:15 / 01.03.2025
Mourinyo “Qalatasaray”ı məhkəməyə verdi
Hazırda oxunan: Mourinyo “Qalatasaray”ı məhkəməyə verdi
Hazırda oxunan: Mourinyo “Qalatasaray”ı məhkəməyə verdi
237106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.