Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son günün ilk oyunu “Zirə” ilə “Araz-Naxçıvan” arasında baş tutub.
Bu dəfə səfərdə rəqibini 2-0 hesabı ilə məğlub edən Naxçıvan klubu yarımfinala adlayıb. Son olaraq “Neftçi” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, daha öncə “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Sumqayıt”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
28 fevral
“Zirə” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 3-pen; 45-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu, 16:00.
İlk oyun: 0:1
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:10 / 28.02.2025
Azərbaycan Kuboku: “Araz Naxçıvan” YARIMFİNALDA - VİDEO
Hazırda oxunan: Azərbaycan Kuboku: “Araz Naxçıvan” YARIMFİNALDA - VİDEO
Hazırda oxunan: Azərbaycan Kuboku: “Araz Naxçıvan” YARIMFİNALDA - VİDEO
237055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.