"Real"da "Barselona"dakından 3 dəfə çox pul qazanardım"

Hazırda oxunan: "Real"da "Barselona"dakından 3 dəfə çox pul qazanardım"

237049

“Santos”un hücumçusu Neymar sabiq klubu "Barselona"ya keçidini xatırlayıb.

Bizim.Media xəbər verir ki, o, həmin vaxt - 2012-ci ildə “Real”dan da təklif aldığını, lakin "Barselona"nı seçdiyini deyib:

"Real"ın təklifi məbləği olmayan bir çek idi. Mənə dedilər ki, nə istəsəm, yaza bilərəm... Amma mən bütün qəlbimlə "Barselona"nı istəyirdim. "Real"da 3 dəfə daha çox pul qazanardım. Florentino Peres məni həmişə sevib. Amma Ronaldinyo "Barselona"da oynayırdı. Mən də Messi ilə komanda yoldaşı olmaq istəyirdim”.

Qeyd edək ki, Neymar 2013-cü ilin iyulunda 88 milyon avroya "Santos"dan "Barselona"ya keçib. O, 2017-ci ildə Kataloniya klubundan ayrılıb.

Mətbuatda 32 yaşlı hücumçunun "Barselona"ya qayıdacağı haqda xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin